Türkmənistan da Konstitusiyasını dəyişir

Türkmənistan da Konstitusiyasını dəyişir

Sentyabrın 14-də Ağsaqqallar Şurasının iclasında Aşqabadda Türkmənistanın yeni konstitusiyası qəbul ediləcək.

7News.az xəbər verir ki, iclasın tarixi barədə sərəncamı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıb.

Bildirilir ki, toplantıda Türkmənistan Məclisinin üzvləri, o cümlədən, bütün idarəetmə orqanlarının nümayəndələri iştirak edəcək və yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı səsvermə keçiriləcək.

Hazırki konstitusiya ilə yeni layihə arasında əsas fərq prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılmasıdır. Həmçinin prezidentlik üçün yaş senzinin götürülmasi də təklif olunur.

7News.az

Xəbər lenti