RU
Rusiyada COVID statistikası dəhşət saçır
16:20
562

Rusiyada COVID statistikası dəhşət saçır

Rusiyada son bir gündə 85 bölgədə 22.160 yeni yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Koronavirusa qarşı mübarizə üzrə Əməliyyat Qırargahı məlumat yayıb.

Gün ərzində 769 xəstə ölüb. 14.474 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxılıb. Paytaxtda gündəlik ölüm, iyunun əvvəlindən bəri ilk dəfə olaraq 60 hadisənin altına düşüb.

Moskvada son gündə 2150, Sankt -Peterburqda 1895, Moskva vilayətində 1487 yeni COVID-19-a yoluxma müəyyən olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ