>
RU
lombard
Rusiyada DƏHŞƏT: Kişi üç yaşlı uşağını beşinci mərtəbədən yerə atdı – FOTO/VİDEO
20:10
346

Rusiyada DƏHŞƏT: Kişi üç yaşlı uşağını beşinci mərtəbədən yerə atdı – FOTO/VİDEO

Rusiyada dəhşətli hadisə baş verib. Belə ki, 24 yaşlı moskvalı Leonid Kudravtsev üç yaşlı övladını beşinci mərtəbədən yerə atıb.

Bildirilir ki, uşaq nənəsinin himayəsində olub (ana onlarla yaşamır). Hadisə günü içkili ata mənzilə gəlib, dava salıb, sonra isə uşağı pəncərədən yerə atıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

 
Qonşuların sözlərinə görə, uşaq özündə olub, danışıb və ağrıdığını deyib. Həmin vaxt Kudryatsev asfaltın üstündəki oğluna pəncərədən baxıb. Təcili yardım çağırışa tez gəlib, uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda o, reanimasiyadadır, həkimlər onun həyatı uğrunda mübarizə aparır.

 

Polis artıq kişini saxlayıb. Onun barəsində "azyaşlının qətlinə cəhd” maddəsi ilə cinayət işi açılıb. Şəhər prokuroru hadisəni xüsusi nəzarətə götürüb.

 

 

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ