RU
Rusiyada eks-senator və oğlu ömürlük azadlıqdan məhrum edildi
22:50
387

Rusiyada eks-senator və oğlu ömürlük azadlıqdan məhrum edildi

Moskva Şəhər Məhkəməsi eks-senator Rauf Araşukov və onun atası Raulu silsilə qətllər təşkil etməkdə ittiham edərək ömürlük həbs cəzasına məhkum edib.

Hakim Yelena Quçenkova deyib: "Məhkəmə Raul Araşukov və Rauf Araşukova ömürlük həbs cəzası təyin etmək üçün heç bir maneə görmür".
"Adıge Xase” gənclər hərəkatının sədr müavini Aslan Jukov və Qaraçay-Çərkəz Respublikası başçısının müşaviri Fral Şebzuxovun qətlinin təşkilində təqsirli bilinən ata və oğulun işinə andlılar məhkəməsinin iştirakı ilə də baxılıb.

Həmçinin, ata Araşukov "Qazprom”un strukturlarından 4,4 milyard rubldan çox məbləğdə vəsaiti mənimsəməkdə təqsirli bilinib.

2019-cu ilin mart ayının əvvəlində "Qazprom mejregionqaz” ASC-nin baş direktorunun müşaviri Raul Araşukovun qaz oğurluğu və cinayətkar birlik yaratmaqda ittiham olunduğu məlum olub. Onun oğlu Rauf Araşukov isə həmin il yanvarın 30-da saxlanılıb./publika
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ