RU
Rusiyada kiçikmühərrikli təyyarə qəzaya uğradı - VİDEO
13:50
532

Rusiyada kiçikmühərrikli təyyarə qəzaya uğradı - VİDEO

Rusiyada Xabarovsk rayonunda kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə bölgənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "RİA Novosti”yə bildirilib.

 

Hadisə gecə saatlarında "Kalinka” aerodromunun yaxınlığında baş verib.

Məlumata görə, "Sierra P2002” təyyarəsinin göyərtəsində iki nəfər olub. Onlardan biri qəza baş verən zaman, digəri isə xəstəxanada ölüb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ