RU
Rusiyada neft bazasında yanğın başlayıb
17:10
29

Rusiyada neft bazasında yanğın başlayıb

Rusiyanın Belqorod vilayətində neft bazasında yanğın başlayıb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçesla Qladkov "Telegram” kanalında paylaşım edib.
Vyaçesla Qladkov yazıb ki, neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinin ərazini atəşə tutmasından sonra başlayıb. Mərmilərdən biri neft bazasına düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları yanğını söndürməyə çalışır.

Neft bazasında 10 anbar var, mərmi dizel yanacağının olduğu anbarlardan birinə düşüb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ