RU
Rusiyada qırıcının yaşayış ərazisinə düşməsi nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralanıb - YENİLƏNİB
23:56
292

Rusiyada qırıcının yaşayış ərazisinə düşməsi nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində "Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

7NEWS.Az xəbər verir ki, bu barədə "Baza” məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 27-yə yüksəlib, daha bir neçə nəfər itkin düşmüş hesab edilir.

Qeyd olunub ki, binada plitələrin çökməyə başlaması xilasetmə əməliyyatına mane olur.

22:41

Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.

7NEWS.Az xəbər verir ki, bu barədə Krasnodar diyarı qubernatorunun müavini Anna Minkova teleqramda yazıb.

Ölənlərin sayı isə 5 nəfər təşkil edir.

22:06

Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 21 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır.

7NEWS.Az xəbər verir ki, bu barədə Yeysk Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Miqran Qriqoryan TASS-a bildirib.

Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var.

21:13

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində Su-34 qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

7NEWS.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.


 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ