RU
Rusiyada quldurluq edən cəzasını Azərbaycanda çəkmək istəyir
19:40
495

Rusiyada quldurluq edən cəzasını Azərbaycanda çəkmək istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada quldurluq etdiyi üçün məhkum edilən 1990-cı il təvəllüdlü Xəyyam Hüseynovun cəzasının Azərbaycan qanunvericiliyə uyğunlaşdırılması barədə müraciətə baxılıb.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məlum oub ki, X.Hüseynov 2012-ci ilin iyun ayında 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim bildirib ki, X.Hüseynovun ittiham olunduğu maddələr üzrə Azərbaycan qanunverciliyinə görə ona ən aşağı həddə 8 il azadlıqdan məhrum etmə cəzası verilməlidir. Lakin Rusiya məhkəməsinin 6 il cəza təyin etdiyini nəzərə alaraq, hökm mübahisələndirilməyib. 

X.Hüseynov isə vətənində azadlığa buraxılacağını düşündüyü üçün Azərbaycana qayıdaraq tənzimlənmə istədiyini deyib.

Qeyd edək ki, X.Hüseynov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq; Qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq; silah istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ