RU
Rusiyalı sənətçi Polşada güllələndi
19:03
34

Rusiyalı sənətçi Polşada güllələndi

Çəkdiyi siyasi karikaturalarla tanınan rusiyallı rəssam- sənətçi Semyon Skrepetski Polşada baş verən silahlı hücum nəticəsində həyatını itirib.

 44 yaşlı sənətçi Belarus sərhədinə yaxın Biała Podlaska şəhərində kimliyi hələ müəyyən edilməyən şəxsin silahlı hücumuna məruz qalıb.

Yerli media orqanlarının yaydığı xəbərlərə əsasən, hücum edən şəxs sənətçiyə yaxınlaşaraq yaxın məsafədən atəş açıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadalarının bütün səylərinə baxmayaraq, Skrepetski xilas edilə bilməyib.

Polşa polisi qaçan şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyat başladıb. İstintaq tədbirlərinin davam etdiyi bildirilir.

Xatırladaq ki, gerçək adı Robert Kuzovkov olan sənətçi 2021-ci ildə Rusiyada siyasi təzyiqlərdən yayınmaq məqsədilə Polşaya köçmüşdü. Skrepetski sürgündə olduğu dövrdə Rusiya müxalifətinin müxtəlif tədbirlərində də iştirak edirdi.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ