RU
Rusiyanın
11:20
156

Rusiyanın "Anqara" raketi orbitə hərbi peyk çıxarıb

"Anqara-1.2” yüngül daşıyıcı raketi hərbi maraqlar çərçivəsində "Kosmos-2560” peykini orbitə çıxarıb.

7NEWS.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Plesetsk Dövlət Sınaq Kosmodromundan Aerokosmik Qüvvələrin kosmik qoşunlarının döyüş ekipajları tərəfindən buraxılan "Kosmos-2560” kosmik gəmisi təxmin edilən vaxtda hədəf orbitinə çıxarılıb və Rusiya Müdafiə Nazirliyinin yerüstü vasitələri ilə müşayiət üçün qəbul edilib”, - hərbi idarə bildirib.

Peyklə sabit telemetrik əlaqə qorunur, onun göyərtə sistemləri normal işləyir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ