Bir qrup QHT təmsilçisi Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
7News.Az xəbər verir ki, aksiya iştirakçıları Türkiyənin Qarabağdakı Rusiya-Türkiyə monitorinq qrupundan çıxarılması barədə səfirliyə məktub təqdim ediblər. Onlar Qarabağa qayıtmaq üçün Azərbaycanın həmin ərazini tərk etməli olduğunu bildiriblər. Həmçinin KTMT-nin bəzi addımlar atacağını gözlədiklərini vurğulayıblar.








