"Ukraynanın Lvov şəhərinin təxminən 90 faizi işıqsız qalıb”.
7NEWS.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə şəhər merinin müavini Andrey Moskalenko deyib.
Onun sözlərinə görə, şəhərdə tramvay və trolleybuslarun fəaliyyəti elektrik enerjisinin olmaması səbəbindən dayandırılıb.
Eyni zamanda, Lvovun küçə və prospektlərdə işıqforların 80%-dən çoxu işləmir.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Hücum nəticəsində 70-ə yaxın obyektə ziyan dəyib, 11 nəfər ölüb, 64 nəfər yaralanıb.
Hava hücumu zamanı 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.
7NEWS.Az







