Rusiyanın "Regnum” informasiya agentliyi fəaliyyətini dayandırır.
7News.Az TASS-a istinadən xəbər verir ki, bunu agentliyin baş redaktoru Modest Kolerov deyib.
Ətraflı
O bildirib ki, "Regnum”u idarə edən agentliyin rəhbərliyi dəyişib. Buna görə də vəziyyət aydınlaşana qədər agentlik fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, agentlik 22 iyul 2002-ci ildə yaradılıb. Onun yayım dairəsi Rusiyanın bütün regionlarını, Avropa, Mərkəzi Asiya və Qafqazın qonşu dövlətlərini əhatə edir.








