7NEWS.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada Antonov An-2 tipli təyyarənin Nenets Muxtar Vilayətində qəzaya uğradığı, qəza nəticəsində 2 nəfərin həyatını itirdiyi, 10 nəfərin yaralandığı bildirilib. Qeyd olunub ki, təyyarə Karatayka və Varandeyə getmək üçün Naryan-Mardan havaya qalxıb. Qəza ilə bağlı araşdırma açıldığı bildirilib, hadisə yerinə müstəntiq və məhkəmə tibb ekspertlərinin göndərildiyi açıqlanıb.
7NEWS.az








