RU
Saakaşvilinin vəziyyəti kəskin pisləşib
11:20
277

Saakaşvilinin vəziyyəti kəskin pisləşib

"Saakaşvilinin vəziyyəti kritikdir və onu multiprofilli klinikaya köçürmək lazımdır”.

7News.Az gürcü mediasına istinadən xəbər verir ki, bunu "Empati Mərkəzi” QHT tərəfindən yığılmış həkimlərin alternativ konsiliumunun rəhbəri Məryəm Cişkariani deyib. 

"Həbsxana xəstəxanasının davamlı səhiyyə təminatı yoxdur, ərazidə ixtisaslaşmış həkim yoxdur, olan həkim də ağır vəziyyətdəki xəstəni idarə etmək bacarığına malik deyil”, - deyə Cişkariani bildirib. 

 

Qeyd edək ki, 49 gündür aclıq aksiyası keçirən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşdiyindən o, reanimasiyaya yerləşdirilib. Eks-prezidentin səhhəti pisləşdikdən sonra tərəfdarları həbsxana yaxınlığına toplaşıb, mühafizə xidməti gücləndirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ