RU
Sabah
10:17
1467

Sabah "istehsal olunacaq" kəsmik bu gün satışda - FOTO

Aidiyyəti qurumlar bu barədə tədbir görməlidir
 
Zabrat qəsəbəsində yerləşən böyük marketlərin birində qida məhsulunun istehsal tarixində olan problemlə bağlı redaksiyamıza fotolar göndəriblər.
Fotolar 12.01.2019-cu il tarixdə Sabunçu rayonunun ən böyük marketlərinin biri sayılan "Ayxan" marketdə çəkilib. Fotodan da aydın şəkildə görmək olur ki, pəhriz üçün satılan kəsmiklərin üzərində istehsal tarixi kimi 13.01.2019-cu il tarix yazılıb. Yəni kəsmiklər hələ sabah istehsal olunacaq, amma indidən satılır. 
Bu məsələ ilə bağlı aidiyyəti qurumların tez bir zamanda tədbir görməsini xahiş edirik./Avtosfer.az
undefined
 undefined
 undefined
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ