RU
Sabahdan Qaraqalpaqda fövqəladə vəziyyət rejimi ləğv edilir
23:50
667

Sabahdan Qaraqalpaqda fövqəladə vəziyyət rejimi ləğv edilir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikası ərazisində fövqəladə vəziyyət rejiminə xitam verilməsi haqqında fərman imzalayıb.


Fərman 21 iyul 2022-ci il saat 05:00-dan qüvvəyə minir.

Sənəd təsdiq olunmaq üçün Özbəkistan Ali Məclisinin palatalarına göndərilib.

Xatırladaq ki, iyulun 2-də prezident Şavkat Mirziyoyev "Qaraqalpaqıstan Respublikası ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında” fərman imzalayıb./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ