>
RU
lombard
Sabiq prezident: “Mənim ən böyük səhvim Rusiyaya olan inamım olub”
21:00
647

Sabiq prezident: “Mənim ən böyük səhvim Rusiyaya olan inamım olub”

Ukraynanın sabiq prezidenti Leonid Kravçuk ölkəyə rəhbərlik etdiyi dövrdə buraxdığı ən böyük səhvini Rusiyaya etibar etməkdə görür.

Bunu leonid Kravçuk "Levıy bereq” mətbu orqanına  müsahibəsində deyib.

"Mənim ən böyük səhvim Rusiyaya inanmağım oldu. Bunu etməyə haqqım yox idi”- Kravçuk qeyd edib.

O əlavə edib ki, 1967-7-ci illərdə Moskvada oxuyarkən  çox az sayda adamın daxil ola biləcəyi Lenin kitbaxanasına, arxivlərə girmək hüququm var idi. "Onda heç kimin Rusiya və Lenin haqqında bilmədiyi hər şeyi bilridim. O zaman mənim 30-dan artıq yaşım var idi. Düşünürdüm ki, Rusiya nəhayətində dəyişəcək. Amma təəssüf...”-  sabiq prezident qeyd edib.

Kravçukun sözlərinə görə, bildiklərimdən nəticə çıxarmalıydım, amma edə bilmədim.

O əlavə edib ki, Rusiya ona müstəqil Ukrayna dövləti qurmağa imkan vermədi./olke

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ