Milli Məclisin V çağırış bitərəf deputatı Gövhər Baxşəliyeva 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak qərarı verib.
7News.Az-ın xəbərinə görə, G.Baxşəliyeva namizədliyini 93 saylı Bərdə şəhər seçki dairəsindən irəli sürüb.
Xatırlatma: G. Baxşəliyeva 2000-2005-ci illər ərzində vitse-spiker vəzifəsini icra edib. Hazırda Elm və təhsil komitəsi ilə Mədəniyyət komitəsinin üzvüdür.
Qeyd: Hakim Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədi Yıldırım Fatma Vidadi qızıdır.(pravda.az)
7News.Az








