RU
Sabiq vitse-spiker yenidən namizədliyini irəli sürdü
19:57
523

Sabiq vitse-spiker yenidən namizədliyini irəli sürdü

Milli Məclisin V çağırış bitərəf deputatı Gövhər Baxşəliyeva 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak qərarı verib.

 

 7News.Az-ın xəbərinə görə, G.Baxşəliyeva namizədliyini 93 saylı Bərdə şəhər seçki dairəsindən irəli sürüb.

 

Xatırlatma: G. Baxşəliyeva 2000-2005-ci illər ərzində vitse-spiker vəzifəsini icra edib. Hazırda Elm və təhsil komitəsi ilə  Mədəniyyət komitəsinin üzvüdür.

 

Qeyd: Hakim Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədi Yıldırım Fatma Vidadi qızıdır.(pravda.az)

 

 

 

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ