3 saylı Klinik Xəstəxanada ölümcül xəstəyə yaxın durmadılar

3 saylı Klinik Xəstəxanada ölümcül xəstəyə yaxın durmadılar

Son bir neçə ayda Səhiyyə sistemində baş verən biabırçı olaylarla bağlı ardı-arda məlumatlar dərc olunmaqdadır. Xəstənin sağlam ayağını kəsən həkim, onlarla hamilə qadını doğuş zamanı öldürənlər, burun əməliyyatında gənc qızın həyatına qıyanlarla bağlı sosial mediada nazirliyə qarşı ictimai qınaqların həddi-hüdudu yox idi. 

Bugünlərdə Bakı Şəhər 3 saylı Klinik Xəstəxanada yaralı xəstəyə həkim tərəfindən yardımın göstərilməməsi ilə bağlı video yayılıb. 7News.az-ın məlumatına görə videoda səhiyyəyə aid biabırçı görüntülər qeyd olunub. Belə ki, yerdə ölümcül yaralı olan xəstəyə heç bir həkim yaxın durmur və bu proses bir müddət davam edir. Videodan görünür ki, xəstəxanada kifayət qədər həkim var, lakin heçkim xəstəyə yaxın durmur. 

Xatırladaq ki, yayılan videoda MahirƏmiraslanovun xəstəxanada yerdə uzandığı göstərilir.

Xəstəyə yardım edilməsi üçün qeydiyyat masasında əyləşən xanım isə ona köməyin göstərilmədiyini deyib. 

 

Xəbər lenti