RU
lombard
Salam Sarvandan Rəşad Məcidə sərt mesaj
01:56
1956

Salam Sarvandan Rəşad Məcidə sərt mesaj

Dünən Yazıçılar Birliyinin katibi Rəşad Məcidinin rəhbəri olduğu “525-ci qəzet”də Publika.az və teleqraf.com saytlarının rəhbəri Aynur Camal barədə ağır tənqidi yazı dərc olunub. Tənqidə səbəb A.Camalın media qrupuna daxil olan “Teleqraf” saytında Kəramət Böyükçölün “Elmlər Akademiyasının yeməkxanası” adlı yazısı olub.

Qəzet iddia edir ki, bu yazı ilə Azərbaycan alimləri bütövlükdə tənqid olunub və bu, bağışlanılmaz səhvdir. Yazı müəllifinin fikrincə, Azərbaycanın ən mötəbər elm ocağı – Milli Elmlər Akademiyasının 70 illik yubileyə hazırlaşdığı bir vaxtda belə bir yazının peyda olması sayt rəhbərliyinin Azərbaycan elminə nifrətindən irəli gəlir.

Daha sonra yazıda Aynur Camalın bütövlükdə fəaliyyəti, onun layihələri barədə söz açılır: “...qəfil bu xanıma xüsusi imtiyazlar verilir və “iştah diş altındadır” deyib, qəzet bir neçə sayt, hətta televiziya açmaq həvəsinə düşür. Ölkənin tanınmış jurnalistlərini, yazarlarını ətrafına toplayıb, yeni medianın flaqmanı olmaq hikkəsi ilə bu dəfə bir başqa ampluada meydana atılan xanım hər addımında səhvlərə yol verir. Nə sabit kollektiv yarda bilir, nə də nüfuzlu bir media nümunəsini ortaya qoymağa nail olur. Əvəzində ictimai rəyi çaşbaş salan, İP xatirinə oxuculara sırınan bəsit və yalançı hay-küy yaradan materiallar “yeni media və flaqman” arzularını iflasa uğradır. Hətta məsələ ciddiləşərək, ən yuxarı səviyyələrdə müzakirə mövzusuna da çevrilir. Ötən yay - hərbi mövzuların mətbuatda işıqlandırılması ilə bağlı məsələlər ciddi müzakirə mövzusuna çevriləndə bu xanım rəhbərlik etdiyi media orqanlarının yol verdiyi səhvlərə görə ölkənin bütün KİV rəhbərlərinin qarşısında Prezident Adminstrasiyası rəhbərindən üzr istəyir və az sonra patronu olduğu saytlardan bir neçəsi uğursuz layihə kimi bağlanmalı olur. Amma patron xanım yenə hikkə və iddialarından əl çəkmir. Çox keçmir çirkin vədlərlə ətrafına yığdığı qələm adamları, hər şeyin yalnız boş vədlərdən ibarət olduğunu anlayıb oradan uzaqlaşırlar. Ətrafı pərən-pərən olan bu xanım, Kəramət Böyükçölün ümidinə qalır. Beləcə, “vuran əl layihəsi” işə düşür. Kəramət Böyükçöl deyilən məxluqun isə kimliyi göz önündədir. Bu kəs indiyənəcən kimləri təhqir eləməyib? Onun yazılarından Əhməd Cavaddan tutmuş Bəxtiyar Vahabzadəyə qədər Azərbaycan ədəbiyyatında xüsusi yeri olan klassiklər dəfələrlə Aynur Camalqızının saytlarında təhqir hədəfinə çevriliblər. Bu zaman heç bir dəyər, ölçü hissi gözlənilməyib – təki sayt gündəmdə qalsın. Bu xanım bir qayda olaraq İP ilə qürrələnir. Axı, bundan asan nə var ki?”

Məsələyə müdaxilə edənlərin, münasibət bildirənlərin sayı durmadan artmaqdadır. 7News.az saytının məlumatına görə Salam Sarvan Rəşad Məcidin ünvanına sərt fikirlər səsləndirib Tanınmış şairin şərhini olduğu kimi təqdim edirik:

Aynur Camalla cəmi 2 il işləmişəm. Göydə Allah, yerdə də Allah görər ki, son hadisələrdə Aynur xanımlıq bir şey yoxdu. Sadəcə, Rəşad Məcidə bir kəlmə sözüm var: Əə, utan, yerə gir də, niyə ölmürsən sən?!”

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ