Salvadorda hərbi təyyarə qəzaya uğrayıb.
7News.Az "İnterfaks”a istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Merino Monroinin oğlu Herardo Martino da təyyarənin göyərtəsində olub.
Sözügedən təyyarə bu yaxınlarda dənizdə itən yaxtanın axtarışları ilə məşğul olub. Göyərtədə üç ekipaj üzvü də olub. Axtarışlara təyyarə və helikopterlər cəlb olunub.
Sosial şəbəkələrdə ekipaj üzvlərinin hər birinin həlak olduğu barədə məlumatlar paylaşılıb.








