RU
Salvadorda təyyarə qəzaya düşdü - Göyərtəsində MN rəhbərinin oğlu da var
11:00
128

Salvadorda təyyarə qəzaya düşdü - Göyərtəsində MN rəhbərinin oğlu da var

Salvadorda hərbi təyyarə qəzaya uğrayıb.

7News.Az "İnterfaks”a istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Merino Monroinin oğlu Herardo Martino da təyyarənin göyərtəsində olub.

Sözügedən təyyarə bu yaxınlarda dənizdə itən yaxtanın axtarışları ilə məşğul olub. Göyərtədə üç ekipaj üzvü də olub. Axtarışlara təyyarə və helikopterlər cəlb olunub.

Sosial şəbəkələrdə ekipaj üzvlərinin hər birinin həlak olduğu barədə məlumatlar paylaşılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ