Şirvan Apellyasiya Məhkəməsində Salyan rayonunda qətl törətmiş şəxsin apellyasiya şikayətinə baxılıb.
Hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə Rauf Əsədxan oğlu Əsədovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2016-cı il dekabrında rayonun Xurşid kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Rauf Əsədov qızı, 11-ci sinif şagirdi olan 1998-ci il təvəllüdlü Fərqanə Əsədovanı qətlə yetirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əsədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R. Əsədov cəzasının azaldılması üçün apellyasiya şikayəti verib./apa
7news.Az








