RU
Salyanda brakonyer cərimələndi
14:28
401

Salyanda brakonyer cərimələndi

Salyan rayonunda keçirilən reyd zamanı Kalmas adlanan ərazidə şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.

Bu barədə 7News.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı onun Hacıqabul rayon sakini Fizuli Məmmədov olduğu müəyyən edilib və ondan ov alətləri, iki göyərçin quşu götürülüb.

Faktla bağlı F.Məmmədov barəsində protokol tərtib edilib və o, 2000 manat məbləğində cərimə olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ