RU
Sankt-Peterburqda Putinlə Paşinyan arasında görüş keçirilir
15:10
171

Sankt-Peterburqda Putinlə Paşinyan arasında görüş keçirilir

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.

7News.Az TASS-a istinadən xəbər verir ki, görüş MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.

Xatırladaq ki, dekabrın əvvəlində liderlər arasında telefon danışığı olub. Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarının icrası, eləcə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ