RU
Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir”
20:30
37

Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir”

"Ukraynanı dəstəkləməyə və Rusiya rejimini məsuliyyətə cəlb etməyə davam edəcəyik”.

7NEWS.Az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı dəhşətli hücumları Kremlin çarəsizliyini göstərir: "Bu hücumlar müharibə cinayətidir”.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 11 nəfər ölüb, 87 nəfər yaralanıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ