RU
Saxta içki satmaq istəyən azərbaycanlı Rusiyada yaxalandı
13:08
476

Saxta içki satmaq istəyən azərbaycanlı Rusiyada yaxalandı

Rusiyada saxta içki hazırlayaraq, restoranlara satmaq istəyən azərbaycanlı saxlanılıb. 

7News.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin Omsk vilayəti üzrə idarəsi qanunsuz miqrasiyada şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb. 

Onun evinə baxış zamanı içərisində saxta spirtli içki olan 3500 ədəd butulka aşkarlanıb. Daha bir diqqət çəkən məqam butulkaların üzərinə bahalı brendlərin markalarının yapışdırılması olub. Butulkaların içərisində hansı içkinin olmasını isə saxlanılan şəxs özü də açıqlaya bilməyib. 

Toplanan mallar araşdırılması üçün laboratoriyaya göndərilib. Qeyd edilib ki, həmin şəxs bu içkiləri restoranlara satmağı planlaşdırıb. 

Faktla bağlı araşdırmalar aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ