RU
Saytlara vəsait ayrılsın! - Amaşovdan təklif
16:55
657

Saytlara vəsait ayrılsın! - Amaşovdan təklif

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə - aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib. 

Ə.Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın. O KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon manatın 5 milyona çatdırılmasını təklif edib: "Həmin 1 milyon manat hesabına hazırda normal fəaliyyət göstərən 30-dək ciddi xəbər saytına dövlət dəstəyi göstərmək olar. Jurnalistika ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynayır. Ona görə də bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir”./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ