RU
“Şəbnəm qalmaqallıdır, Eldarla dost olmaram, Aqşinin mahnılarını bəyənmirəm” - VİDEO
15:30
302

“Şəbnəm qalmaqallıdır, Eldarla dost olmaram, Aqşinin mahnılarını bəyənmirəm” - VİDEO

Müğənni Zemfira İbrahimova sənət yoldaşları barədə verdiyi açıqlamaları ilə gündəmə gəlib.

ATV telekanalında yayımlanan "7 canlı” proqramında qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.

Zərfdən çıxan "Onunla dostluğum alınmaz” sözlərinə cavab olaraq, Zemfira monitorda fotosu əks olunan, Azərbaycana "Avroviziya”da qələbə sevinci bəxş edən Eldar Qasımovun adını çəkərək, fikirlərini belə davam edib:

"Eldarla dostluğum alınmaz. Onunla heç zaman el şənliklərində qarşılaşmamışam”.

Növbəti zərfdə yazılan "Son mahnılarını bəyənmirəm” ifadəsini şərh edən Zemfira meyxana ustadı Aqşin Fatehi nişan alıb:

"Aqşinin son zamanlar təqdim etdiyi repertuarı bəyənmirəm”.

Z.İbrahimova zərfdən çıxan "Qalmaqallı çıxışlar edir” sözlərini isə sənət yoldaşı Şəbnəm Tovuzluya aid edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ