03 dekabr 2019-cu il
tarixdə Biləsuvar Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun
maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin
"Seçkilərə ilk namizədlər və seçicilər" layihəsi çərçivəsində ilk
maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Biləsuvar rayon Gənclər və İdman
İdarəsinin rəisi Azad Quliyev, 66 saylı Biləsuvar Seçki dairəsinin əməkdaşı,
Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə,
"DünyayaPəncərə" Biləsuvar Gəncləri
İctimai Birliyinin sədri Bayram Məmmədli və "Biləsuvar Yeniyetmə və Gəncləri"
İctimai Birliyinin sədri və layihə rəhbəri Sahil Hüseynzadə iştirak etdi. İlk
öncə Sahil Hüseynzadə çıxış edərək təşkilatın fəaliyyəti və layihə barədə ətraflı
məlumat verdi. Belə ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi
ilə həyata keçirilən "Seçkilərə ilk namizədlər və seçicilər" layihəsi
Salyan, Biləsuvar və Cəlilabad rayonlarında ilk dəfə səs verən gənc seçicilərin
maarifləndirilməsi məqsədilə 3 ay ərzində qeyd edilən regionlarda icra
olunacaqdır.
Daha sonra çıxış edən qonaqlar layihənin seçkilər ərəfəsində
keçirilməsinin əhəmiyyətini vurğulayaraq təşkilatın fəaliyətinə uğurlar
arzuladılar.
Çıxışlardan sonra layihə təlimçisi Sənan Mənsimli və
66 saylı Dairə Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə təlimlərə start
verildi. Demoktatik dövlətlərdə seçki qanunvericiliyi, yerli özünüidaretmə
orqanları və seçkilər, hüquq anlayışı-seçicilərin hüquq və vəzifələri
mövzularında məlumatlandırma və müzakirələr keçirildi. Sonda gəncləri
maraqlandıran suallar cavablandırıldı.
Tədbirin növbəti günü təlimlərdə iştirak etmiş gənclərin
seçki məntəqəsində simulyativ səsvermə prosesi ilə praktiki tanışlığından ibarət
olacaqdır.








