RU
Səfir evinə basqının anbaan videosunu paylaşıb
22:50
770

Səfir evinə basqının anbaan videosunu paylaşıb

Rusiyanın Kabo-Verdedəki fövqəladə səfiri Natalya Poklonskaya Krımda yaşadığı evə basqının  videosunu yayıb və hadisənin təfərrüatlarını açıqlayıb. 

Poklonskaya evinə basqınla bağlı videonu bu gün Telegram kanalında  yerləşdirib.

Videoda bir kişinin hasarın üstündən necə keçdiyi, binanın girişinə yaxınlaşdığı və hansısa əşyanı yellədiyi görünür.

Poklonskaya deyib ki, basqın zamanı  o, qızı ilə evdə olub və içəridən qapını bağlayıblar. 
"Kimsə həyasızcasına bütün qapıları döyəndə və cingilti saldıqda və o anda evdə uşaqla tək qaldıqda... Bu, xoşagəlməz hissdir”, - o deyə paylaşıb.

Hüquq-mühafizə orqanları baş verən hadisədə hər hansı cinayət tərkibi görmədiyini qeyd edib./olke

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ