İsrail ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi atılması lazım olan addım idi. Geosiyasi baxımından iki ölkənin ortaq maraqları var.
7NEWS.Az xəbər verir ki, bunu NTV telekanalına müsahibəsində İsrailin Türkiyədəki yeni səfiri İrit Lillian deyib.
O qeyd edib ki, bu addımın atılmasını bölgədə atılan digər normallaşma addımları, həmçinin Rusiya-Ukrayna müharibəsi daxil olmaqla baş verən hadisələr təşviq etdi.
"Normallaşma prosesi zamanı bəzi məsələlərdə eyni mövqedən çıxış etmədiyimizi, anlaşa bilmədiyimiz mövzular olduğunu qəbullanmağımız vacibdir. Ancaq dialoqla tərəflərin təməl nəticəni əldə edə biləcəklərinə inanıram”, - o bildirib.
O, həmçinin, Türkiyə və İsrail arasında energetika sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu da əlavə edib.
İsrail səfiri Fələstin məsələsinə dair suala cavab verərkən, bu məsələnin ikitərəfli münasibətlərə aid olmadığını, tərəflərin buna dair fərqli siyasi mövqelərinin olduğunu vurğulayıb: "Mənim daima istədiyim bu olub ki, İsrail və Fələstin uzun illərdir davam edən münaqişəni bir araya gəlib həll edə bilsin”.
7NEWS.Az








