RU
Səfirliyin hesabını oğurlayıb prezidenti təhqir etdilər
15:10
491

Səfirliyin hesabını oğurlayıb prezidenti təhqir etdilər

Naməlum şəxslər Əfqanıstanın Dehlidəki səfirliyinin "Twitter" hesabını oğurlayıblar.

Bu barədə səfirliyin sözçüsü Əbdülhaqq Azad məlumat yayıb.

Bədəməllər Əfqanıstanın Hindistandakı missiyasının "Twitter" səhifəsinə girib eks-prezident Əşrəf Qənini təhqir edən bir neçə mesaj yerləşdiriblər.

"Daxil olmağa çalışdım, amma daxil ola bilmədim. Səhifə "hack" edilmiş kimi görünür”, - deyə Əbdülhaqq Azad sosial şəbəkədəki səhifəsində yazıb.

Təhqiramiz mesajlar bir müddət sonra silinib, ancaq bundan əvvəl Hindistan mediasında əks olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ