RU
Şəkidəki İdman Sağlamlıq Mərkəzi satıldı
16:40
414

Şəkidəki İdman Sağlamlıq Mərkəzi satıldı

Bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac  keçirilib. 

Dövlət Əmlak Komitəsindən daxil olan xəbərə görə, hərracda özəlləşdirilən əmlaklardan 6-ı  kiçik dövlət müəssisəsi, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib. 

Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Şəki şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kv.m-dən çox, torpaq sahəsi isə  6 min 500  kv.m-ə yaxındır. 

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. 

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 6-ı paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 3-ü Səbaildə, 2-si Nəsimidə digəri isə Nizamidə yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Şirvan rayonundadır. Özəlləşdirilən əmlakların sahəsi 10 kv.m ilə 124 kv.m arasında dəyişir. /qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ