RU
SEPAH: ABŞ geri çəkilməyincə Hörmüz boğazı bağlı qalacaq
11:50
22

SEPAH: ABŞ geri çəkilməyincə Hörmüz boğazı bağlı qalacaq

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın "təhdidləri və regional dəniz nəqliyyatına müdaxilələri davam etdiyi müddətdə" Hörmüz boğazının yenidən açılmayacağını açıqlayıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, SEPAH Hörmüz boğazı ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada Hörmüz boğazının İranın nəzarətində olduğu vurğulanaraq, ABŞ-ın "təhdidləri və regional dəniz nəqliyyatına müdaxilələri" davam etdiyi müddətdə boğazın açılmayacağı, hətta mövcud vəziyyətin daha da mürəkkəbləşə biləcəyi qeyd edilib.

Bununla yanaşı, ABŞ-a dəstək verən ölkələrə də xəbərdarlıq olunaraq, mövqelərini dəyişməyəcəkləri təqdirdə "sərt cavabla üzləşəcəkləri" bildirilib.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ