Serbiyanın paytaxtı Belqrad yaxınlığında raket istehsalı zavodunda partlayış baş verib.
7NEWS.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 15-i yaralanıb.
Partlayış Leştan kəndindəki "Edepro” dolu əleyhinə raket zavodunda baş verib. Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, hadisə yerinə 11 texnika və 36 yanğınsöndürən cəlb olunub.
7NEWS.Az








