Serbiyanın Zapadna Morava çayı üzərindəki piyada körpüsünün aşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
7NEWS.Az xəbər verir ki, bu barədə "Tanjug” məlumat yayıb.
Bildirilib ki, 20 nəfərdən ibarət turist qrupu Ovçar-Banyadakı monastırı ziyarət edən zaman baş verib.
Belə ki, turistlər 50 metrlik piyada körpüsünün üzərindən çayın qarşı tərəfinə keçərkən körpü ağırlığa davam gətirməyib və çaya aşıb.
Xatırladaq ki, bir müddət öncə Serbiya mediası turistləri daşıyan avtobusun çaya düşməsi barədə xəbər yayıb.
7NEWS.Az








