Məşhur aktrisa Gizem Karaca hoteldən qovulub.
7News.Az xəbər verir ki, bir neçə ay əvvəl narkotik ticarəti ilə məşğul olmaqda
ittiham edilən aktrisa "Bizim Semtin Çocukları" filmin çəkilişləri üçün Fethiyeyə
yollanıb. O, qaldığı hoteldə spirtli içki qəbul edib. İddialara görə, sərxoş aktrisa
hotelin içində qışqırmağa başlayıb. Əvvəlcə aktrisanı hotel işçiləri sakitləşdirməyə
çalışıb, sonra isə filmin heyəti məsələyə müdaxilə edib. Ancaq mübahisə daha da
böyüməyə başlayıb. Hotel rəhbərliyi özünü apara bilməyən və müştəriləri narahat
edən içkili kino ulduzunun hoteldən çıxıb getməsini tələb edib. Bundan sonra o,
başqa bir hotelə yerləşib.
Qeyd edək ki, Gizem Karaca "Bizim Semtin Çocukları" filmindəki tərəf müqabili
Ümid Kantarcıdır.










