Londondan İstanbula hərəkət edən "AJet" aviaşirkətinin reysində sərnişinlər arasında insident yaşanıb.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, uçuş zamanı sərxoş olduğu bildirilən kişi sərnişin ətrafındakı şəxslərdən birinə qarşı aqressiv davranış sərgiləyib.
Hadisəyə müdaxilə edən stüardessa sərnişini sakitləşdirməyə çalışarkən kişi ona hücum edərək dişləyib. Ardınca digər sərnişinlərdən birinə də hücum edən şəxs ekipaj üzvləri tərəfindən nəzarətə götürülüb.
Təyyarə İstanbula çatana qədər ekipaj üzvləri qayda pozan sərnişini zərərsizləşdirərək onun digər şəxslərə xəsarət yetirməsinin qarşısını alıblar.
Təyyarə hava limanına endikdən sonra sərnişin polis əməkdaşlarına təhvil verilib.
"AJet" isə hadisədən sonra həmin şəxsin aviaşirkətin uçuşlarından ömürlük istifadəsini qadağan edib və onu qara siyahıya salıb.








