İndoneziyada "Virgo Transport 8” gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78-ə çatıb.
Bu barədə "Antara” agentliyi məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatlarına 1 000-dən çox xilasedici cəlb olunub. Əməliyyatların 18-ci günündə 186 nəfərin yeri müəyyən edilib. Onlardan 108 nəfər xilas olunub, 57 nəfər isə hələ də itkin hesab olunur.
Qeyd edək ki, sentyabrın 13-də Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Banjarmaşin şəhərinə hərəkət edərkən güclü fırtına zamanı itib. Gəmidə 30 ekipaj üzvü də daxil olmaqla ümumilikdə 243 nəfər olub.








