RU
Sevgilisi üçün tutuquşu oğurladı - VİDEO
12:40
213

Sevgilisi üçün tutuquşu oğurladı - VİDEO

Rusiyanın Primorsk vilyətinin Artem şəhərində zoomağazadan tutuquşu və pul oğurlayan cinayətkar saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

 

28 yaşlı sərxoş kişi bıçaqla zoomağazaya girərək satıcını hədələyib və ondan pul istəyib. Bundan əlavə, o, sevgilisi üçün tutuquşular da götürüb.

Onun barəsində "Quldurluq” maddəsi ilə cinayət işi açılıb. Şübhəli nəzarətə alınıb. Onu 10 ilə qədər həbs cəzası gözləyir.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ