RU
Şəxsiyyət vəsiqəsi olmayan 9 uşaq doğulub
10:10
27

Şəxsiyyət vəsiqəsi olmayan 9 uşaq doğulub

Keçən il şəxsiyyət vəsiqəsi olmayan uşaqların sənədləşdirilməsi və doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks profilaktik və hüquqi tədbirlər də davam etdirilərək 9 uşağın doğum faktının müəyyən edilməsi təmin olunub.

Bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.

Bildirilib ki, məhkəmə qərarları əsasında onlara doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilib və hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ