Azərbaycanda bu həftə iş günlərinin sayı 4 olacaq.
Buna səbəb 26 İyun - Silahlı Qüvvələr Gününün cümə gününə təsadüf etməsidir. Qanunvericiliyə əsasən, bu tarix qeyri-iş günü hesab olunur.
Bundan əlavə, 27 və 28 iyun tarixləri şənbə və bazar günlərinə düşdüyündən vətəndaşları ardıcıl 3 günlük istirahət gözləyir.
Beləliklə, bu həftə yalnız dörd iş günü olacaq, 26-28 iyun tarixləri isə qeyri-iş günləri kimi qeyd olunacaq.








