RU
Gürcüstanda azərbaycanlıların sayı artıb
14:00
24

Gürcüstanda azərbaycanlıların sayı artıb

Gürcüstanda yaşayan etnik azərbaycanlıların sayı 268 832 nəfər təşkil edir.

Bu barədə Gürcüstan əhalisinin 2024-cü il üzrə siyahıyaalınmasının nəticələrindən məlum olur.

Son siyahıyaalınmanın aparıldığı 2014-cü illə müqayisədə qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 15,4% artıb. Soydaşlarımız say baxımından etnik gürcülərdən sonra ikinci yeri tutur. Üçüncü yerdə isə 169 296 nəfərlə etnik ermənilərdir.

Qeyd edək ki, Gürcüstanda əhali 10 ildən bir siyahıya alınır. 2024-cü ildə qonşu ölkə əhalisinin sayı 3,9 milyon nəfər təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 5,8% çoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ