Türkiyənin "T8 "telekanalının rəhbəri Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı ərəb sevgilisinin üzünü hər kəsə göstərib.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bir müddət öncə o, "İnstagram" hesabında "Nəzər dəyməsin" başlığı ilə sevgilisinin üzü görünməyən şəklini paylaşmışdı.
Məlum olub ki, onun yeni sevgilisi Məhəmməd Əl Sallous Səudiyyə Ərəbistanı şeyxlərindəndir.
Bildirilir ki, prodüser və DJ kimi fəaliyyət göstərən Əl Sallous iki il öncə Sərdar Ortaçın keçmiş arvadı, irlandiyalı Xloe Louqnan ilə sevgili olub.









