RU
Şeyxdən Putinin Suriyadakı əməliyyatlarına
21:40
689

Şeyxdən Putinin Suriyadakı əməliyyatlarına

“Qafqaz Müsəlmanları İdarəsi Suriyada İŞİD terror qruplaşmasına qarşı Rusiyanın hərbi əməliyyatlarını dəstəkləyir və əməliyyatların müvəffəqiyyətlə nəticələnəcəyinə ümid edir”.

Bu sözləri bütün Qafqazın şeyxi Allahşukur Paşazadə “XXI əsrin təhsil məkanında İslam idealları və dəyərləri” VIII Beynəlxalq elmi-praktik konfransında deyib:

“Bu gün dini fanatizmin və ekstremizmin müəyyən vasitələrlə yayılmasının qarşısını almaq çox əhəmiyyətlidir. Bizim sabitliyimizi hədələyən terrorçularla bağlı müəyyən addımların atılması vacibdir”.

Allahşükür Paşazadə bildirib ki, Qafqaz müsəlmanları beynəlxalq terrorçuluqla mübarizədə Rusiyanın mövqeyini dəstəkləyir: “İŞİD adlı şər öz əməlləri ilə dünya dinlərinin adını ləkələyir. Onlar terror vasitəsi ilə vandalizim, zorakılıq törətməyə çalışırlar. Ekstremizmə qarşı birgə səy göstərilməlidir”.

Şeyx Rusiyanın həmişə İslam dünyasına hörmətlə münasibət göstərdiyini deyib. Ənənəvi dinlərə sadiq insanlar Rusiyada həmişə bir yerdə yaşayıblar.

Xatırladaq ki, 30 sentyabrdan Rusiya Suriya ərazisində İŞİD-lə mübarizə aparır. Rusiyanın həyata keçirdiyi aviahücumlar nəticəsində silahlıların geri çəkildiyi bildirilir. Okyabrın 7-də isə Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığını açıqlayıb./ans

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ