RU
Siqareti reklam etmək olmaz
21:38
524

Siqareti reklam etmək olmaz

Azərbaycan prezidenti İlham Əliyev "Tütün və tütün məmulatı haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyib.

7news.az xəbər verir ki, qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının və alışqanlarının reklamı qadağandır.

Eyni zamanda, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ