Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR dənizdə çalışan 420 nəfər işçisini təxliyyə edib.
Bu barədə 7News.Az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
O bildirib ki, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib:
"Dənizdə çalışan işçilərimiz təxiyyə edilərək sahilə çıxarılıb. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb. Hava şəraiti normallaşdıqdan sonra işçilər yenidən iş yerlərinə qaytarılacaq”.
7News.Az








